Rusiya Prezidenti Vladimir Putin İran Prezidenti Məsud Pezeşkianla telefon danışığında Cənubi Qafqazdakı vəziyyəti müzakirə edib.Bu barədə “Report” Kremlin yaydığı məlumata istinadən xəbər verir.Söhbət zamanı V.Putin iranlı həmkarını Ankoricdə (Alyaska) keçirilmiş Rusiya-ABŞ zirvə görüşünün əsas nəticələri barədə məlumatlandırıb. M.Pezeşkian isə Ukraynada münaqişənin sülh yolu ilə həllinə yönəlmiş diplomatik səylərə dəstəyini ifadə edib.

“Tərəflər həmçinin ikitərəfli gündəliyin aktual məsələlərini, İranın nüvə proqramı ətrafındakı vəziyyəti və Cənubi Qafqaz regionunda hadisələrin inkişafını müzakirə ediblər. Putin və Pezeşkian Çində keçiriləcək ŞƏT sammitində (31 avqust-1 sentyabr) görüşməklə bağlı razılığa gəliblər”, – məlumatda bildirilib.

Yenifikir.media

Reaksiyalar:

© Realist Media

Arzu, təklif və şikayətlərinizi bizə bildirin

📧 [email protected]
📱 +994 50 737 29 49 (WhatsApp)

YouTube kanalımıza abunə olun Telegram kanalımıza qoşulun Instagram -da bizi izləyin WhatsApp -da bizə yazın