ABŞ Dövlət katibi Marko Rubio prezident Tramp və prezident Putinin görüşə hazır olduqlarını bildirib. Onun sözlərinə görə, Tramp dialoqa açıqdır, lakin görüş yalnız məzmunlu və nəticəverici olarsa baş tutmalıdır. Yenifikir.media rusiya mətbuatına istinadən xəbər verir ki ,Rubio hazırda Rusiya ilə Ukrayna arasında sülh şərtləri baxımından fərqlərin qaldığını qeyd edib. Bununla belə, ilk dəfə Rusiya tərəfinin münaqişənin həlli üçün nə istədiyinə dair müəyyən anlayış formalaşıb.

Tramp iyulun 28-də Rusiyaya ultimatum verərək, münaqişə 50 günə bitməsə, Rusiya və onun enerji ixracatçılarına qarşı 100%-lik tariflər tətbiq edəcəyini deyib. Sonradan bu müddəti 10 günə endirib. 

Yenifikir.media

Reaksiyalar:

© Realist Media

Arzu, təklif və şikayətlərinizi bizə bildirin

📧 [email protected]
📱 +994 50 737 29 49 (WhatsApp)

YouTube kanalımıza abunə olun Telegram kanalımıza qoşulun Instagram -da bizi izləyin WhatsApp -da bizə yazın