44 günlük Vətən müharibəsi şəhidi Əli Tağıyevin atası Aydın Tağıyev vəfat edib. Bu barədə yenifikir.media- ya Şəhid mayor Vüsal Vəliyevin qardaşı Elyar İslamoğlu məlumat verib. 

Əli Tağıyev 1997-ci il avqustun 7-də İmişli rayonunda anadan olub. O, 2020-ci il oktyabrın 13-də Füzuli istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhidlik zirvəsinə ucalıb.

Əli Tağıyev ölümündən sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Xocavəndin azad olunmasına görə” və “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif edilib.

Allahdan  şəhidlərimizə və onların valideynlərinə rəhmət diləyirik.

 

Reaksiyalar:

© Realist Media

Arzu, təklif və şikayətlərinizi bizə bildirin

📧 [email protected]
📱 +994 50 737 29 49 (WhatsApp)

YouTube kanalımıza abunə olun Telegram kanalımıza qoşulun Instagram -da bizi izləyin WhatsApp -da bizə yazın