Avqustun 3-də Milli Məclisin sədri Sahibə Qafarovanın rəhbərliyi ilə Azərbaycan parlament nümayəndə heyəti BMT-nin Dənizə çıxışı olmayan inkişaf etməkdə olan ölkələr üzrə üçüncü Konfransı çərçivəsində keçiriləcək Parlamentlərarası Forumda iştirak etmək məqsədilə Türkmənistana işgüzar səfərə yola düşüb.

Türkmənbaşı beynəlxalq hava limanında nümayəndə heyətini Türkmənistan Məclisinin Təhsil, elm, mədəniyyət və gənclər siyasəti komitəsinin sədri Bayramgözəl Muradova, Azərbaycanın Türkmənistandakı səfiri Qismət Gözəlov və digər rəsmi şəxslər qarşılayıblar.

Avaza şəhərində keçiriləcək Forumun birinci sessiyasına Sahibə Qafarova sədrlik edəcək. Səfər çərçivəsində spikerin çıxışı və bir sıra ikitərəfli görüşləri planlaşdırılıb.

Yenifikir.media

Reaksiyalar:

© Realist Media

Arzu, təklif və şikayətlərinizi bizə bildirin

📧 [email protected]
📱 +994 50 737 29 49 (WhatsApp)

YouTube kanalımıza abunə olun Telegram kanalımıza qoşulun Instagram -da bizi izləyin WhatsApp -da bizə yazın