Tehranda dördtərəfli kritik sammit: Pezeşkian İslam dünyasının birliyi üçün çağırış etdi
İranın paytaxtı Tehranda regionun dörd aparıcı dövlətinin – İran, Pakistan, Türkiyə və Səudiyyə Ərəbistanının yüksəksəviyyəli nümayəndələrinin dördtərəfli görüşü baş tutub.
“Realist.az”ın məlumatına görə, danışıqlar zamanı regional təhlükəsizlik, sabitliyin qorunması, “hərbi təcavüzün” ağır nəticələri, eləcə də Qəzza zolağı və Livanda getdikcə kəskinləşən humanitar-siyasi vəziyyət geniş müzakirə olunub.
“İslam ölkələri dünyaya ədalət modeli təklif etməyə qadirdir”
Görüşün ardınca İran Prezidenti Məsud Pezeşkian Məkkə sazişinə imza atan ölkələrin nümayəndə heyətlərini qəbul edib.
Müsəlman ölkələrinin daxili potensialına diqqət çəkən İran dövlət başçısı bəyan edib:
“İslam ölkələri öz aralarındakı zəngin resurslara və ümumi imkanlara söykənərək müasir dünyaya alternativi olmayan ədalət və inkişaf modeli təqdim etmək gücündədir. İran İslam ölkələrinin birliyini, sıxlaşmasını və həmrəyliyini möhkəmləndirməyə yönəlmiş istənilən razılaşmanı tam şəkildə dəstəkləyəcək.”
Regionda yeni təhlükəsizlik arxitekturası
Təhlilçilər qeyd edirlər ki, Ankara, Ər-Riyad, İslamabad və Tehranın bir masa ətrafında əyləşərək Yaxın Şərqdəki böhranlı vəziyyəti müzakirə etməsi regionda yeni təhlükəsizlik mexanizmlərinin formalaşmasından xəbər verir.
© realist.az
Arzu, təklif və şikayətlərinizi bizə bildirin
