ABŞ Prezidenti Donald Tramp, Rusiya Prezidenti Vladimir Putin və Çin Sədri Si Cinpin gələn həftə Çinin Şençjen şəhərində keçiriləcək Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) sammiti çərçivəsində üçtərəfli görüş keçirəcəklər.
Realist.az Ağ Evə istinadən xəbər verir ki, üç ölkə lideri danışıqlar zamanı xüsusilə nüvə silahlarının azaldılması və İranla müharibə məsələlərini müzakirə edəcəklər.
Ukrayna məsələsi gündəliyə daxil edilməyib
Ağ Evin yaydığı məlumata əsasən, bu görüşdə Ukrayna məsələsi qaldırılmayacaq. Belə ki, rəsmi Vaşinqton Çinin müvafiq danışıqlar prosesində iştirak etmədiyi qənaətindədir.
© realist.az
Arzu, təklif və şikayətlərinizi bizə bildirin


