Yasamal rayonunda evlərdən birindən oğurluq edilib.
Realist az xəbər verir ki, Yasamal rayonunda valideynlərinə məxsus 3 000 manatlıq qızıl-zinət əşyalarını oğurlayaraq lombarda qoyan M. Kazımlı saxlanılıb.
O, həmçinin evdən 2 000 manat nağd pul, Nəsimi rayonunda isə motosikletdən iki dəbilqə oğurlayıb. Dəbilqələrin ümumi dəyəri 500 manat olub.
Faktlarla bağlı araşdırma aparılır.
© realist.az
Arzu, təklif və şikayətlərinizi bizə bildirin


