Screenshot
Reklam

Tanınmış jurnalist Cavid Şahverdiyev Facebook sosial şəbəkəsində yağan yağışdan sonra evində yaranan problemlə bağlı video paylaşıb.Jurnalist paylaşımında bildirib ki, yaşadıqları vəziyyəti ictimailəşdirməkdən başqa çıxış yolu qalmayıb:

“Başımıza gələnləri ictimailəşdirməkdən başqa əlacım yoxdur. Bu il 3-cü dəfədir… Kanalizasiya sistemi işləmir”.

Yenifikir.media-ya danışan jurnalist qeyd edib ki, ərazi tamamilə su altında qalıb:

“Ətraf su altındadır, kanalizasiya sistemi işləmir. Bir az yağış yağan kimi dolur, verir həyətə, oradan da evə”.

Qeyd edək ki, Sabunçu qəsəbəsi Ə.Cavad küçəsində yaşayan jurnalist problemin uzun müddətdir davam etdiyini bildirib.

Reklam

© realist.az

Arzu, təklif və şikayətlərinizi bizə bildirin

📧 [email protected]
📱 +994 50 737 29 49 (WhatsApp)

YouTube kanalımıza abunə olun Telegram kanalımıza qoşulun Instagram -da bizi izləyin TikTok -da bizi izləyin WhatsApp -da bizə yazın