Rusiya XİN sözçüsü Mariya Zaxarova Böyük Britaniyanın politoloq Aleksandr Duqini sanksiya siyahısına salmasına etiraz edib. O bildirib ki, London “artıq terror qurbanlarını belə hədəfə alır”.Zaxarova xatırladıb ki, Duqinin ailəsi Rusiya tərəfindən terror aktı kimi tanınmış hadisələrdə zərərçəkmiş tərəfdir.

Britaniya sənədlərində Aleksandr Duqin siyasi filosof kimi göstərilir. Onun qızı Darya Duqina 2022-ci ildə avtomobilinin partladılması nəticəsində həlak olub.Rusiya tərəfi hücuma görə Ukrayna xüsusi xidmətlərini ittiham etsə də, Kiyev bu iddianı rədd etmişdi.

Reaksiyalar:

© Realist Media

Arzu, təklif və şikayətlərinizi bizə bildirin

📧 [email protected]
📱 +994 50 737 29 49 (WhatsApp)

YouTube kanalımıza abunə olun Telegram kanalımıza qoşulun Instagram -da bizi izləyin WhatsApp -da bizə yazın