Gələn il Azərbaycanda iqtisadi artımın davam edəcəyi, xüsusilə qeyri-neft sektorunun ümumi daxili məhsulda payının artacağı proqnozlaşdırılır.
Realist.az xəbər verir ki, bu barədə maliyyə nazirinin müavini Himalay Məmişov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin noyabrın 27-də keçirilən iclasında məlumat verib.
2027-ci il dövlət büdcəsi layihəsini təqdim edən nazir müavininin sözlərinə görə, gələn il ümumi daxili məhsulun real ifadədə 2,7 faiz artaraq 141 milyard manata yüksələcəyi gözlənilir.
Qeyri-neft sektoru üzrə ÜDM-in isə 4,4 faiz artaraq 109,1 milyard manata çatacağı proqnozlaşdırılır.
H.Məmişov qeyd edib ki, növbəti ilin dövlət büdcəsi müsbət xarakterik xüsusiyyətlərini qoruyub saxlayır. Eyni zamanda, ölkə iqtisadiyyatının neftdən asılılığının azaldılması istiqamətində müşahidə olunan meyillər davam edir.
Qeyd edək ki, 2027-ci ilin dövlət büdcəsi haqqında qanun layihəsi komitə iclasında ikinci oxunuşda müzakirə olunaraq Milli Məclisin plenar iclasına tövsiyə edilib.
© realist.az
Arzu, təklif və şikayətlərinizi bizə bildirin


