KİV: Fransalı diplomat İran təhlükəsizlik qüvvələri tərəfindən “qorxudulmaya” məruz qalıb

Fransanın Tehrandakı diplomatik missiyasının rəhbər müavini ehtimal ki, İran təhlükəsizlik xidmətinin əməkdaşları olan şəxslər tərəfindən “qorxudulmaya” və təzyiqə məruz qalıb. Bu barədə AFP diplomatik mənbəyə istinadən məlumat yayıb. Sonuncunun sözlərinə görə, bu insidentlə bağlı İranın Parisdəki səfiri Fransa XİN-ə çağırılıb. “Ona ən qəti şəkildə xatırladıldı ki, biz İran hakimiyyətindən heyətimizin və binalarımızın təhlükəsizliyini təmin etmək üçün bütün zəruri tədbirləri görməsini gözləyirik”, – deyə mənbə qeyd edib.

Fransa KİV-lərinin məlumatına görə, diplomat küçədə İran təhlükəsizlik qüvvələri tərəfindən zorla saxlanılıb, “şiddətli dindirilməyə” məruz qalıb və yalnız bundan sonra buraxılıb. Qeyd olunur ki, bu, son 4 aydan az müddətdə Tehranda fransalı diplomatlarla bağlı baş verən artıq ikinci insidentdir və bu da Fransa ilə İran arasında münasibətlərin kəskin pisləşməsindən xəbər verir.

“Realist.az” xəbər verir ki, məsələ ilə bağlı İran Xarici İşlər Nazirliyi hələlik rəsmi açıqlama verməyib.

Reaksiyalar:

© realist.az

Arzu, təklif və şikayətlərinizi bizə bildirin

📧 [email protected]
📱 +994 50 737 29 49 (WhatsApp)

YouTube kanalımıza abunə olun Telegram kanalımıza qoşulun Instagram -da bizi izləyin TikTok -da bizi izləyin WhatsApp -da bizə yazın