Bakının 8 əsas yolunda kəskin sıxlıq var – NİİM siyahını açıqladı
Bakı şəhərinin bir sıra ana yol və prospektlərində nəqliyyat vasitələrinin kəskin sıxlığı müşahidə olunur.
Realist.az xəbər verir ki, bu barədə DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.
Hazırda nəqliyyatın sıx olduğu küçə və prospektlər aşağıdakılardır:
-
Bakı-Sumqayıt şosesi – “20 Yanvar” metrostansiyası istiqamətində;
-
Birinci Gölkənarı yolu – Ziya Bünyadov prospekti istiqamətində;
-
Heydər Əliyev prospekti (köməkçi yol) – mərkəz istiqamətində;
-
Babək prospekti – mərkəz istiqamətində;
-
Yusif Səfərov küçəsi – mərkəz istiqamətində;
-
8 Noyabr prospekti – Süleyman Əhmədov küçəsi ilə kəsişmədən mərkəz istiqamətində;
-
Əbdülvahab Salamzadə küçəsi – Ziya Bünyadov prospekti istiqamətində;
-
Atatürk prospekti – Ziya Bünyadov prospekti istiqamətində.
Sürücülərə qeyd olunan istiqamətlərdə hərəkət edərkən imkan daxilində alternatəv marşrutlardan istifadə etmələri tövsiyə olunur.
© realist.az
Arzu, təklif və şikayətlərinizi bizə bildirin
