Bakıda vətəndaşların rahat gediş-gəlişinin və ictimai nəqliyyata əlçatanlığının təmin edilməsi məqsədilə 57B nömrəli yeni müntəzəm avtobus marşrutu yaradılır.
Realist.az xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.
Yeni 57B marşrut xəttinin hərəkət sxemi və iş rejimi
Noyabrın 23-dən etibarən fəaliyyətə başlayacaq marşrut xətti Məhəmməd Hadi küçəsini (metronun “Həzi Aslanov” stansiyasının yaxınlığı) Kazımağa Kərimov küçəsi (“Sabah City” yaşayış kompleksi) ilə əlaqələndirəcək.
Sərnişinlər üçün əsas göstəricilər aşağıdakı kimidir:
-
İstismarçı daşıyıcı: “BakuBus” MMC;
-
Avtobus sayı: 4 ədəd;
-
Hərəkət intervalı: 15 dəqiqə;
-
Ödəniş üsulu: Nağdsız qaydada;
-
Gedişhaqqı: 60 qəpik.
© realist.az
Arzu, təklif və şikayətlərinizi bizə bildirin


