Realist.az xəbər verir ki, bu barədə FHN məlumat yayıb.
Bildirilib ki, tədbirlər Sumqayıt, Gəncə, Naftalan, Goranboy, Zaqatala, Şəki, Xaçmaz, Masallı, Astara, Tərtər, Bərdə və Saatlı rayonlarında yerləşən təhsil müəssisələrində, kitabxanada, sanatoriyada və digər təşkilatlarda keçirilib.
Maarifləndirmə tədbirlərində FHN-in Dövlət Yanğın Nəzarəti, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət xidmətlərinin mütəxəssisləri də iştirak ediblər.
Görüşlər zamanı iştirakçılara təbii və texnogen xarakterli fövqəladə hadisələrin təsnifatı, ölkəmiz üçün xarakterik təhlükələr, yanğın və zəlzələ zamanı davranış qaydaları barədə ətraflı məlumat verilib. Həmçinin nazirliyin “112” qaynar telefon xəttinin təyinatı izah olunub, ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları əyani şəkildə nümayiş etdirilib.
İnteraktiv formatda keçirilən tədbirlərdə iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
© realist.az
Arzu, təklif və şikayətlərinizi bizə bildirin


