Ağcabədi rayonunun Minaxorlu kəndində istifadəsiz məktəb binasında yanğın baş verib.
“Aktual Xəbər” Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat xidmətinə istinadən bildirir ki, hadisə barədə “112” qaynar telefon xəttinə məlumat daxil olub. Əraziyə Dövlət Yanğından Mühafizə Xidmətinin Ağcabədi Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri cəlb edilib.
Yanğın ümumi sahəsi 370 kvadratmetr olan ikimərtəbəli, fəaliyyətsiz məktəb binasında baş verib. Yanğınsöndürənlərin operativ müdaxiləsi nəticəsində alovun yaxınlıqdakı fəaliyyətdə olan digər məktəb binasına keçməsinin qarşısı alınıb.
Yanğın nəticəsində binanın yanar konstruksiyaları yanıb. Yaxınlıqda yerləşən məktəb binası yanğından mühafizə olunub.
Hadisə zamanı xəsarət alan olmayıb.
© realist.az
Arzu, təklif və şikayətlərinizi bizə bildirin


