EZZE — lüks və xüsusi mebel, interyer (reklam)

Ağdam rayonunda məktəbli qız sahibsiz itlərin hücumuna məruz qalıb.

Realist.az xəbər verir ki, hadisə Quzanlı qəsəbəsində baş verib.

Məlumata görə, 150 saylı tam orta məktəbin şagirdi hazırlıq məşğələsindən evə qayıdarkən bir neçə sahibsiz itin hücumuna məruz qalıb. İtlər qızın ayaq nahiyəsindən xəsarət yetiriblər.

Yaxınlıqda olan sakinlər hadisəyə müdaxilə edərək məktəbli qızı itlərin hücumundan xilas ediblər.

Qəsəbə sakinlərinin sözlərinə görə, son iki gündə ərazidə sahibsiz itlərin insanlara hücumu ilə bağlı üç oxşar hadisə qeydə alınıb.

Hadisə bir daha yaşayış məntəqələrində sahibsiz heyvanlarla bağlı təhlükəsizlik məsələsini gündəmə gətirib.

EZZE — lüks və xüsusi mebel, interyer (reklam)

© realist.az

Arzu, təklif və şikayətlərinizi bizə bildirin

📧 [email protected]
📱 +994 50 737 29 49 (WhatsApp)

YouTube kanalımıza abunə olun Telegram kanalımıza qoşulun Instagram -da bizi izləyin TikTok -da bizi izləyin WhatsApp -da bizə yazın