Qazaxıstanın paytaxtı Astanada güləş üzrə keçirilən dünya çempionatı gərgin və maraqlı idman mübarizələri ilə davam edir.
“Realist.az”ın məlumatına görə, çempionatın növbəti günündə Azərbaycanın 6 yunan-Roma güləşçisi döşək üzərinə çıxacaq.
Təmsilçilərimizin mübarizəyə başlayacağı mərhələlər
Günün təqvimində yer alan digər idmançılarımızın ilk rəqibləri müəyyənləşib:
-
Ülvi Qənizadə (72 kq) mübarizəyə birbaşa 1/8 final mərhələsindən start verəcək.
-
Murad Əhmədiyev (97 kq) təsnifat mərhələsində Cənubi Koreya təmsilçisi Con Bin Kvonla üz-üzə gələcək.
-
Sərxan Məmmədov (130 kq) isə braziliyalı Gilerme Evangelista Diası sınağa çəkəcək.
Eldəniz Əzizli və Sənan Süleymanov qızıl medal uğrunda
Axşam seansında isə Azərbaycan idmansevərlərinin diqqəti iki titullu pəhləvanımızın final qarşılaşmalarında olacaq:
-
55 kq çəki dərəcəsində: 4 qat dünya çempionu Eldəniz Əzizli qızıl medal uğrunda iranlı Payam Əhmədi ilə güləşəcək.
-
77 kq çəki dərəcəsində: Sənan Süleymanov çempionluq matçında moldovalı Aleksandrin Qutu ilə qarşılaşacaq.
Xatırladaq ki, Astanadakı dünya çempionatına noyabrın 1-də yekun vurulacaq.
© realist.az
Arzu, təklif və şikayətlərinizi bizə bildirin
