Türkiyədə İstanbul Boğazında keçirilən “Boğaziçi Qitələrarası Üzgüçülük Yarışı”nda itkin düşən rusiyalı üzgüçü Nikolay Sveçnikov hələ də tapılmayıb.

Yenifikir.media bildirir ki,Sveçnikova ailəsi İstanbula gələrək vəkilləri ilə görüşüb və yarış təşkilatçılarını təhlükəsizlik tədbirlərinin yetərsizliyi səbəbindən prokurorluğa şikayət edib.

Üzgüçünün anasının sözlərinə görə, oğluna aid boyunbağı, saat və digər əşyalar ona təhvil verilib. O, “Nikolayın sağ olduğuna inanıram” deyib.

Qeyd edək ki, üzgüçünün anası Oqalina Sveçnikova oğlunu tapan şəxsə 12.000 dollar mükafat veriləcəyini bildirib.

Reaksiyalar:

© Realist Media

Arzu, təklif və şikayətlərinizi bizə bildirin

📧 [email protected]
📱 +994 50 737 29 49 (WhatsApp)

YouTube kanalımıza abunə olun Telegram kanalımıza qoşulun Instagram -da bizi izləyin WhatsApp -da bizə yazın