İran Məhkəməsindən şok qərar: Tanınmış rejissor Cəfər Pənahi 5 il azadlıqdan məhrum edildi, əmlakı müsadirə olunur
İran Məhkəməsi dünyaca məşhur kinorejissor Cəfər Pənahi haqqında kəskin hökm çıxarıb.
“Realist.az”ın məlumatına görə, rejissorun vəkili Mustafa Nili bildirib ki, məhkəmə Cəfər Pənahini 5 il 1 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edib. Qərara əsasən, həmçinin sənətçinin bütün daşınan və daşınmaz əmlakı dövlət nəfəsinə müsadirə olunacaq.
Müharibə başladıqdan sonra İrana qayıtmışdı
Cəfər Pənahi cari ilin mart ayında, regionda ABŞ və İsrailin hərbi zərbələrinin başlanmasından dərhal sonra İrana qayıtmışdı. Rejissor uzun illərdir ki, İranın rəsmi hakimiyyətini kəskin tənqid etməsi və hökumət əleyhinə keçirilən nümayişlərdə dinc etirazçılara qarşı güc tətbiq edilməsini pisləməsi ilə tanınır.
20 illik təqiblər və gizli çəkilən filmlər
Son 20 il ərzində dəfələrlə həbs olunan, ölkədən çıxışına qadağa qoyulan və ev dustaqlığında saxlanılan Pənahi hər cür təzyiqlərə baxmayaraq kino yaradıcılığını dayandırmayıb:
-
2023-cü il: Həbsxanadan buraxıldıqdan dərhal sonra İranda gizli şəraitdə “Sadə təsadüf” filmini ərsəyə gətirib;
-
Beynəlxalq festival mükafatçısı olan rejissor rejim qadağalarına rəğmən filmlərini xaricə çıxarmağı bacarıb.
Məhkəmənin bu qərarı beynəlxalq kino təşkilatları və insan hüquqları müdafiəçiləri tərəfindən kəskin etirazla qarşılanıb.
© realist.az
Arzu, təklif və şikayətlərinizi bizə bildirin
