Rumıniya Xarici İşlər Nazirliyi (XİN) Rusiyanın ölkədəki səfirini nazirliyə çağıraraq, sentyabrın 14-də Braşov şəhərində yerləşən “Carfil” silah zavodunun ərazisində törədilməyə cəhd edilən təxribatla bağlı rəsmi etirazını bildirib.
Realist.az xəbər verir ki, Rumıniyanın xarici işlər naziri Nekuleskunun sözlərinə görə, Rusiyanın bu “yolverilməz hibrid hücumda” əli olduğuna dair tutarlı sübutlar var.
Qara dənizdə gəmilərə hücumlar və beynəlxalq hüquq
Rumıniya XİN rəhbəri özünün “X” (keçmiş Twitter) hesabında dəniz təhlükəsizliyi ilə bağlı da kəskin bəyanat yayıb:
“Biz həmçinin Rusiyanın Qara dənizdəki ticarət gəmilərinə ardıcıl zərbələr endirməsini qətiyyətlə pislədik. Bu, beynəlxalq hüquq normalarını və gəmiçilik azadlığını pozan, qlobal fəsadlara yol açan məqsədli gərginləşdirmədir.”
© realist.az
Arzu, təklif və şikayətlərinizi bizə bildirin
