Siyəzən rayonunda su kanalında batan 13 yaşlı uşağın meyiti tapılıb.
Realist.az Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir ki, qurumun “112” qaynar telefon xəttinə “Taxtakörpü-Ceyranbatan” su kanalının Siyəzən rayonu ərazisindən keçən hissəsində bir nəfərin batması barədə məlumat daxil olub.
Məlumat əsasında FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti və Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri axtarışlara cəlb edilib.
Axtarışlar nəticəsində 2013-cü il təvəllüdlü Siyəzən rayon sakini Hüseyn Ceyhun oğlu Allahverdiyevin meyiti batdığı yerdən 10 kilometr aralıda aşkarlanıb. Xilasedicilər meyiti sudan çıxararaq aidiyyəti üzrə təhvil veriblər.
© realist.az
Arzu, təklif və şikayətlərinizi bizə bildirin


