İstanbulda genişmiqyaslı korrupsiya əməliyyatı: Bələdiyyə sədr müavinləri daxil 68 nəfər həbs edilir

Türkiyənin İstanbul şəhərinin Bakırköy bələdiyyəsində mal və xidmət alışı zamanı qanun pozuntularına yol verilməsi və sahibkarlardan rüşvət tələb edilməsi iddiaları ilə bağlı iriəmiqyaslı istintaq başladılıb. İstintaq çərçivəsində aralarında bələdiyyə sədrinin müavinləri və məclis üyələrinin də olduğu 68 şübhəli barəsində həbs qərarı verilib.

“Realist.az”ın “TRT Haber”ə istinadən verdiyi məlumata görə, Bakırköy Rayon Prokurorluğu bələdiyyə tərəfindən keçirilən tenderlərdə və satınalmalarda qayda pozuntuları edərək dövlət büdcəsinə ciddi zərər vurulması faktı üzrə araşdırmalara başlayıb.

Sahibkarlardan lisenziya üçün rüşvət tələb olunub

İstintaq materiallarından məlum olub ki, iş yeri açmaq və fəaliyyət lisenziyası almaq istəyən sahibkarlardan qanunsuz olaraq pul tələb edilib. İstənilən rüşvəti ödəməyən şəxslərin lisenziya sənədləşdirmə əməliyyatları isə bələdiyyə rəsmiləri tərəfindən qəsdən süründürməçiliyə salınıb.

Aparılan araşdırmalar çərçivəsində bu ssenari üzrə ümumilikdə 42 ayrı-ayrı cinayət epizodu müəyyən edilib.

Jandarma əməliyyata başladı

Müəyyənləşdirilən 68 şübhəli şəxsin tutulması, saxlanılması, ifadələrinin alınması, eləcə də onların ünvanlarında axtarış və müsadirə tədbirlərinin keçirilməsi məqsədilə İstanbul Əyalət Jandarma Komandanlığının Qaçaqçılıq və Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Şöbəsinə rəsmi tapşırıq verilib.

Əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Reaksiyalar:

© realist.az

Arzu, təklif və şikayətlərinizi bizə bildirin

📧 [email protected]
📱 +994 50 737 29 49 (WhatsApp)

YouTube kanalımıza abunə olun Telegram kanalımıza qoşulun Instagram -da bizi izləyin TikTok -da bizi izləyin WhatsApp -da bizə yazın