İran sərhədlərində “Ukrayna dronları” gərginliyi: Tehran adekvat cavab verəcəyini bəyan etdi
İran İslam Respublikası sərhəd rayonlarında Ukraynaya məxsus pilotsuz uçuş aparatlarının (PUA) yerləşdirilməsi barədə yayılan məlumatlardan sonra bölgədəki vəziyyəti diqqətlə nəzarətdə saxlayır.
“Realist.az”ın məlumatına görə, bu barədə İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Bəqai mətbuat konfransında bəyanat verib.
Tehran XİN: “Təhlükə hiss etdiyimiz an qətiyyətli addım atacağıq”
Sözügedən kəşfiyyat məlumatlarını şərh edən İran XİN rəsmisi ölkənin milli təhlükəsizliyinin qorunacağını vurğulayıb:
“Ölkəmiz üçün hər hansı təhdid hiss etdiyimiz hər bir məkanda Silahlı Qüvvələrimiz müdafiəni qətiyyətlə təmin edib. Bundan sonra da analoji və adekvat şəkildə adımlar atılacaq.”
İddia: “İraq Kürdüstanında minlərlə dron yerləşdirilib”
Xatırladaq ki, oktyabrın 20-də İranın “Tasnim” informasiya agentliyi etibarlı mənbələrə istinadən qalmaqallı məlumat dərc etmişdi. Hesabatda Ukrayna tərəfinin İranla sərhəd olan regionlarda, xüsusilə İraq Kürdüstanı ərazisində fəal şəkildə minlərlə döyüş və kəşfiyyat dronu yerləşdirdiyi iddia olunurdu.
© realist.az
Arzu, təklif və şikayətlərinizi bizə bildirin
