Reuters sensasion məlumat yaydı: “Hizbullah” İranın maliyyəsi ilə yeni müharibəyə hazırlaşır
Livanın təhlükəsizlik xidmətlərindəki mənbələr “Hizbullah” qruplaşmasının İran tərəfindən ayrılan böyük maliyyə vəsaitləri hesabına regionda yeni genişmiqyaslı müharibəyə hazırlaşdığını bildiriblər.
“Realist.az”ın “Reuters” agentliyinə istinadən verdiyi məlumata görə, təşkilat son 3 ay ərzində İsrail ilə münaqişənin yeni və daha kəskin mərhələsinə daxil olmaq üçün intensiv hazırlıq işləri aparır.
Tehran on milyonlarla dollar vəsait köçürüb
Hərbi kəşfiyyat mənbələri vurğulayır ki, bu müddət ərzində İran rəhbərliyi “Hizbullah”ın zəifləmiş hərbi potensialını tez bir zamanda bərpa etmək məqsədilə təşkilatın hesablarına on milyonlarla dollar köçürüb.
Bundan əlavə, “Reuters”in bu ayın əvvəlində dərc etdiyi hesabatda Tehranın hərbi imkanların yenidən qurulması üçün “Hizbullah”a ümumilikdə təxminən 200 milyon dollar birbaşa yardım ayırdığı qeyd olunurdu.
Ali komandanlıq heyəti və rəhbərlik strukturu bərpa olunur
Məlumata görə, hərbi texnika və silah-sursat ehtiyatlarının artırılması ilə yanaşı, “Hizbullah” əsas diqqətini iki mühüm istiqamətə yönəldib:
-
Təşkilatın zərbə almış rəhbərlik və idarəetmə strukturlarının reablitasiyası;
-
Sıradan çıxarılmış ali komandanlıq heyətinin yenilənməsi və kadr potensialının gücləndirilməsi.
© realist.az
Arzu, təklif və şikayətlərinizi bizə bildirin
